Şanxayda 50 aviareys təxirə salınıb


Çinin Şanxay şəhərinin iki hava limanında əlverişsiz hava şəraiti səbəbindən 50-dən artıq aviareys təxirə salınıb, daha 50-si isə gecikir.


"Report" xəbər verir ki, bu haqda "Shanghai Daily" qəzeti məlumat yayıb.
Məlumata görə, şəhərdə leysan yağır. Sinoptiklər hava şəraitinin Bakı vaxtı ilə saat 16:00-dək normallaşmayacağını bildiriblər.
Təxirə salınan və gecikən reyslərin çoxu ölkədaxili marşrutları əhatə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu