​Terrorçu İŞİD-ə qoşulmaq istəyən 36 min nəfərin Türkiyəyə girişi yasaqlanıb


Terrorçu İŞİD qruplaşmasına qoşulmaq üçün Suriyaya keçmək istəyən Rusiyanın 519 vətəndaşı Türkiyədən deportasiya edilib.


"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, 2011-ci il fevralın 12-dən 2016-cı ilin həmin tarixinədək Türkiyədən 2 min 896 nəfər deportasiya olunub, saxlanılan 3 min 619 nəfərdən 983-ü həbs edilib. Müxtəlif dövlətlərin 35 min 970 vətəndaşına isə Türkiyəyə girişi qadağan olunub.
Hesabat dövründə 57 ölkənin vətəndaşı Türkiyədən deportasiya edilib. Deportasiya olunanlar sırasında 519 nəfərlə Rusiya birinci yerdədir. Fransanın 192, İndoneziyanın 180, Azərbaycanın 138, Tacikistanın 128 vətəndaşı İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gəldiklərinə görə deportasiya olunublar. Deportasiya olunanlar arasında ABŞ, Almaniya, İsrail, Yəmən, Danimarka, Belçika, Britaniya kimi dövlətlərin də vətəndaşları var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu