​Ukrayna prezidenti Türkiyədə səfərdədir


Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyədə ikigünlük səfərdədir.


"Report" xəbər verir ki, bu haqda Ukraynanın İqtisadiyyatı və Ticarət Nazirliyinin nümayəndəsi Nataliya Mikolskaya "facebook" səhifəsində yazıb.
Məlumata görə, Pyotr Poroşenko martın 10-11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşlər keçirəcək. Görüşdə Türkiyə ilə Ukrayana arasında Azad Ticarət Zonasının yaradılması məqsədi ilə uyğun sənədin imzalanacağı da ehtimal edilir.
Səfər çərçivəsində Türkiyə-Ukrayna Strateji Ali Şurasının toplantısı da keçiriləcək.
Pyotr Poroşenkonun Türkiyənin iş adamları ilə görüşü də nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu