​Türkiyənin baş naziri: "Müdafiə sənayesində yerli istehsala üstünlük verəcəyik"


"Bu gün nəzərdən keçirdiyimiz 5,9 milyard dollarlıq layihələrin 4,5 milyard dolları yerli istehsala aiddir".


"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Müdafiə Sənayesi İcraiyyə Heyətinin toplantısında bildirib.
"Müdafiə sənayesində yerli istehsala üstünlük verəcəyik", - deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, piyadaların istifadə etdiyi tüfəngi bu il sınaqdan keçirəcəklər. O, silahlı pilotsuz uçan aparatın hazırlanmasında da önəmli irəliləyiş əldə edildiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu