Poroşenko Krım tatarları ilə bağlı Ankaraya çağırış etdi


Ukrayna prezidenti Petro Poroşenko Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb.


Rosbalt xəbər verir ki, bu barədə Twitter-də P.Poroşenkonun mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

“Prezident Türkiyə parlamentini Krım tatarlarının 1944-cü il deportasiyasını soyqırımı olduğunu tanımağa çağırıb”, - mətbuat katibi bildirib.

“Urkayna və Türkiyə Rusiya tərəfindən işğal edilmiş Krımda tatarların müdafiəsi üzrə səylərini fəallaşdırırlar”, - Tseqolko qeyd edib.

Qeyd edək ki, mart ayının 9-da Poroşenkonun Türkiyəyə iki günlük işgüzar səfəri başlanıb. Dövlət başçısı xanımı ilə bərabər Türkiyədə yaşayan Ukrayna və Krım tatarları icmalarının nümayəndələri ilə görüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu