Rusiya Dövlət Dumasının sədri Ermənistana gəlir


Rusiya dövlət dumasının sədri Sergey Narışkin martın 11-12-də Ermənistana işgüzar səfər edəcək.


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda dumanın saytında məlumat yayılıb.

Məlumata görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının sədri olan Sergey Narışkin Yerevanda assambleyanın iclasını keçirəcək. Toplantıda "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq.

Qeyd edək ki, KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Rusiya daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu