Ermənistandan Türkiyəyə qarşı gözlənilməz addım


Ermənistanın Xarici İşlər Nazirliyi Ankarada baş verən terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində qeyd edib.

“Biz Ankarada terror qurbanlarına görə kədərlənirik. Ölənlərin ailələrinə başsağlığı veririk”, - deyə Balayan yazıb.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu