Ankarada AVM-də terror aktı hazırlanır


Ankaradaki Almaniya səfirliyi Türkiyə paytaxtında olan vətəndaşlarını alış-veriş mərkəzlərindən (AVM) birində terror aktının hazırlanması barədə xəbərdar edib.


Virtualaz.org Almaniyanın “Deutsche Welle” agentliyinə istinadən xəbər verir ki, səfirlikdə olan məlumata görə, terrorçuların yeni hücumları ən yaxın günlərdə baş verə bilər.

Almaniya səfirliyinin əməkdaşları yeni hücumların alış-veriş mərkəzlərindən birində olacağı ehtimalı barədə xəbərdarlıq ediblər. Təhlükə ilə bağlı Ankaradakı alman məktəbləri və uşaq bağçaları fəaliyyətini müvəqqəti dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu