​NATO-nun baş katibi: "Rusiyanın Suriyadan çıxmasını hələ dəyərləndirmək lazımdır"


"Bu, Suriyadakı münaqişənin dinc yolla həllinə və hərbi gərginliyin azalmasına göstərilən səydir".


"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın bu addımını hələ dəyərləndirmək lazımdır: "Suriyada gərginliyin azalması istiqamətində atılan istənilən addımı alqışlamağa hazıram".
Qeyd edək ki, martın 15-dən Rusiya əsas hərbi qüvvələrini Suriyadan çıxarmağa başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu