​ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək


ABŞ prezidenti Barak Obama terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məsələlərini müzakirə etmək üçün bu il aprelin 21-də Səudiyyə Ərəbistanına səfər edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.
"O, Körfəz dövlətləri Əməkdaşlıq Şurası (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - "Report") liderlərinin zirvə toplantısında iştirak edəcək", - deyə Ağ evin təmsilçisi vurğulayıb.
Məlumata görə, bu forum Səudiyyə Ərəbistanı kralı Salmanın başçılığı altında region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu