"İncirlik" hərbi bazası maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi


Türkiyənin cənubundakı «İncirlik» hərbi bazası «delta» maksimal döyüş hazırlığı vəziyyətinə gətirildi.


Virtualaz.org «Hürriyət» qəzetinin məlumatına əsasən xəbər verir ki, bu məlumatı hərbi mənbələr təsdiq edib.
Hazırda sözügedən hərbi bazada İŞİD terrorçularına qarşı ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin tərkibində hava əməliyyatlarında iştirak edən ABŞ, Böyük Britaniya, Almaniya, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələrin hərbi təyyarələri var.

Qəzetin verdiyi xəbərə əsasən, maksimal döyüş hazırlığı daxil olmuş kəşfiyyat məlumatlarına görə elan olunub. Aviabazada şəxsi heyət üçün istirahət günləti təxirə salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu