Rusiya XİN rəhbəri: “ABŞ təkbaşına heç bir problemi həll edə bilmir”


“Birləşmiş Ştatlar təkbaşına heç bir problemi həll etmək iqtidarında deyil”.

APA-nın Moskva müxbiri bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bu üzdən ABŞ koalisiyada dəyişikliklər etmək məcburiyyətindədir.

“Obamanın çıxışı göstərir ki, ABŞ dünyada dominantlıq etmək istəyir”, - deyə o vurğulayıb.

S. Lavrov həmçinin qeyd edib ki, ABŞ-ın qarşıdurmaya meyllənməsinə rəğmən, Rusiya “soyuq müharibə”ni istəmir və buna imkan verməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu