​Səudiyyə Ərəbistanının 90 yaşlı şahzadəsi vəfat edib


Səudiyyə Ərəbistanı kral ailəsinin ən yaşlı üzvü, şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 90 yaşında ağır xəstəlik səbəbindən vəfat edib.


"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, o, Səudiyyə Ərəbistanının ikinci kralı (1953-1964) Səud Abduləzizin səkkizinci (bəzi mənbələrə görə 10-cu) oğludur.
Şahzadə Bəndər bin-Səud bin-Abduləziz əl-Səud 1926-cı ildə anadan olub.
Qeyd edək ki, Səudiyyə Ərbistanını indiyədək 1953-cü ildə vəfat etmiş birinci kralın oğulları idarə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu