Bələdiyyə işçilərinə mini yubka qadağan edildi


Qadınlara mini ətək geyinmək qadağan edildi. Söhbət Amsterdamdan gedir.


Afn.az anspress-ə istinadən bildirir ki, Amsterdam Bələdiyyəsinin "Nieuw-West" səmtindəki ofisində qadın işçilərə xəbərdarlıq edilib. Onlara dizdən yuxarı olan ətək və ya don geyinmək yasaqlanıb. Onlardan dizdən yuxarı qalxan uzunboğaz çəkmə də geyinməmək tələb edilib.

Bələdiyyənin işçiləri isə bu qərara sərt reaksiya veriblər. Əvvəlcə e-mail yolu ilə açıqlanan qərarın bir zarafat olduğunu düşünən qadınlar daha sonra özünəməxsus etiraza əl atıblar. Belə ki, çərşənbə axşamı bütün qadınlar işə mini ətək və uzunboğaz ayaqqabı ilə gəlməyə qərar veriblər.

Ofisin məsul şəxsləri qadağaya uymayan qadınların evlərinə geri göndəriləcəyini deyiblər. Amsterdam bələdiyyəsinin əməkdaşları qərarın bir nəfərin şəxsi istəyi olduğunu düşünürlər. Onlar 2016-cı ildə Amsterdam kimi şəhərdə mini geyimin qadağan edilməsinin qəribə olduğunu da deyiblər.

Bələdiyyə məclisində çoxluğa sahib olan Demokratlar 66 (D66) partiyası da qərarı "axmaq" adlandırıb. Partiya üzvləri "1950-ci ilə geri dönürük?" deyə etirazını dilə gətiriblər.

Amsterdam Bələdiyyəsinin sözçüsü isə daha öncə nümayəndəliklərindən birində yaşanan problemlə bağlı olaraq geyimlə bağlı qərar verildiyini deyib. "Bütün insanlar istədiyini geyinə bilər. Ancaq bu geyimlər iş şəraitinə uyğun olmalıdır".

Bu qərardan sonra Hollandiyada "Twitter"in ən önəmli mövzusu ətək olub. Bütün qadınlar gələn həftə mini ətək və uzun çəkmə ilə küçəyə çıxmağa çağırılıb.

Hollandiyada qışdan sonra yaşanan ilin ilk isti gününə "ətək günü" adı verilir. Baharın müjdəçisi hesab etdikləri həmin günü qadınlar adətən mini ətək geyərək şəhər küçələrinə çıxırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu