Yəməndə vətəndaş müharibəsi nəticəsində 9 min nəfər həlak olub


Yəməndə vətəndaş müharibəsinin davam etdiyi bir il ərzində təxminən 9 min nəfər həlak olub.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Aparatının mətbuat katibi Rupert Kolvill keçirdiyi brifinqdə məlumat verib.
"Münaqişənin başladığı bir il əvvəldən indiyə qədər BMT-nin insan haqları üzrə ofisi təxminən 9 min ölüm halını qeydə alıb. Onlar arasında 3 218 nəfər mülki şəxs olub. Daha 5 778 nəfər yaralanıb. Bu rəqəmlər 2015-ci il martın 26-dan bu il martın 17-nə qədər olan müddət üçündür", - deyə o bildirib.
R.Kolvillin sözlərinə görə, əldə edilən məlumatlara əsasən, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qurbanların yarıdan çoxunun ölümünə görə məsuliyyət daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu