​Aİ və Türkiyə arasında miqrant sazişi martın 20-də qüvvəyə minəcək


Avropa İttifaqı və Türkiyə arasında miqrant problemi üzrə saziş martın 20-də qüvvəyə minəcək.


"Report" xəbər verir ki, bu barədə Çexiyanın Avropa məsələləri üzrə naziri Tomas Prouz öz "twitter" səhifəsində yazıb.
"Türkiyə ilə razılaşma Avropa İttifaqı Şurası tərəfindən təsdiq edilib. Hesabat bazar günü olacaq", — deyə o yazıb.
Bundan əvvəl miqrantların Yunanıstandan Türkiyəyə aprelin 4-dən etibarən qayıtmağa başlayacağı məlumat verilmişdi.
Sövdələşmənin şərtlərinə görə, Ankara viza məhdudiyyətinin aradan qaldırılması, Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqların sürətləndirilməsi və vəd olunan məbləğdən əlavə 3 milyard avronun alınması müqabilində qanunsuz olaraq Yunanıstan sahillərinə getmiş qaçqınları geri qaytaracaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu