Ərdoğanın qızı nəhayət nişanlandı


Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan Səlcuq Bayraqdar ilə Tarabya Köşkündə nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, nişan mərasimi iki ailə arasında keçirilib. Günortadan sonra baş tutan mərasimdə Ərdoğanın və Bayraqdarın ailə üzvləri iştirak ediblər. Həmçinin, nişana təxminən bir həftədir müalicə alan Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdar da qatılıb.

Mərasim ərəfəsində geniş təhlükəsizlik tədbirlərinin alındığı Tarabya Huber Köşkünün ətrafına mətbuat nümayəndələrinin yaxınlaşmasına icazə verilməyib.

Qeyd edək ki, Süməyya Ərdoğan ilə Səlcuq Bayraqdar arasında ötən həftə keçirilməsi planlaşdırılan nişan mərasimi Səlcuq Bayraqdarın atası Özdəmir Bayraqdarın narahatlığı səbəbindən təxirə salınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu