Əsəd qəddar qardaşını istefaya göndərdi


Bəşər Əsədin qardaşı Mahir Əsəd 4-cü ordu komandanlığından uzaqlaşdırılıb.

Bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Mahir Əsədin yerinə general Əli Mahmud gətirilib.

Qeyd edək ki, Mahir Əsəd həm də ölkənin kəşfiyyatına rəhbərlik edirdi. Qəddarlığı ilə ad çıxaran Əsəd ölkənin ikinci ən güclü şəxsi hesab edilir. Üstəlik, Qərbin Suriya qarşısında qoyduğu əsas tələblər sırasında Mahir Əsədin vəzifədən uzaqlaşdırılması da var. Məhz o, Suriyada dinc insanların öldürülməsində əsas günahkarlardan hesab edilir.

Axar.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu