Brüssel və Ankara terror aktları arasında fərq yoxdur- Ərdoğan


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə törədilən terror aktlarını pisləyib.

Türkiyə prezidenti eyni zamanda vurğulayıb ki, o, Ankara və ya və Brüsseldə terror aktları törədən terror təşkilatları arasında fərq qoymur: “Brüsseldə dəhşətli hücumlar bir daha terrorun azadlıq uğrunda mübarizə metodu ola bilməyəcəyini vurğulayıb. Bu hadisə, həmçinin bir daha terrorun bütün formaları ilə birgə mübarizəyə ehtiyacın olduğunu göstərib”.

Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda törədilən partlayışlarda 34 nəfər ölüb, 187 nəfər yaralanıb.

Xatırladaq ki, martın 13-ü Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib. Ankaradakı partlayışın məsuliyyətini PKK-ya yaxın qrup olan TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı üzərinə götürüb.

Azvision



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu