NATO qırıcıları Rusiya müdafiə nazirinin təyyarəsini əhatəyə aldı...


NATO qırıcıları Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsi üçün qorxulu anlar yaşadıb.


Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, hadisə nazir Baltik dənizi üzərindən Kalininqrada uçarkən yaşanıb. Uçuş zamanı Şoyqunu Su-27 qırıcıları müşayiət edib. Onun təyyarələrinin 2 kilometrliyində isə NATO-nun Eurofighter Typhoon qırıcıları uçub. Qırıcılar nazirin təyyarəsinə yaxınlaşmayıblar. Şoyqu hazırda öz uçuşunu başa vuraraq, Kalininqrad hava limanına eniş edib.

Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, S.Şoyqu Kalininqradda yerləşən hərbi hissələrdə döyüş hazırlığını və orada tikilən yeni obyektlərdə işlərin gedişini yoxlayacaq.

Bundan başqa, nazirin Çkalov adına hərbi aerodroma baş çəkəcəyi və Uşakov adına Hərbi-Dəniz İnstitutundakı təlim prosesi ilə tanış olacağı bildirilir. .

Qeyd edək ki, Kalininqrad Rusiyanın Avropadakı anklavıdır. Bu ərazinin Rusiya ilə quru sərhədi yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu