BƏƏ-də göydələndə baş verən yanğında beş nəfər xəsarət alıb


BƏƏ-də Acman və Şarca əmirliklərinin sərhədində yerləşən yaşayış göydələnində dünən gecə baş vermiş güclü yanğında beş nəfər, o cümlədən bir hamilə qadın yüngül xəsarət alıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Acmanın polis rəisi məlumat verib.
Yanğın 12 göydələndən ibarət yaşayış kompleksinin iki çoxmərtəbəli binasını ağuşuna alıb. Bu iki göydələndə yanğın azı 10 mərtəbəni əhatə edib. Yanğın səbəbiylə "qüllələr"ə bitişik avtomobil parkındakı bütün maşınlar yanıb.
Çoxmərtəbəli binaların sakinləri vaxtında evakuasiya edilib. Hadisə yerinə gələn tibb işçiləri xəsarət alanlara lazımi köməkliyi göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu