Türkiyədə çadır şəhərciyində yanğın baş verdi


Türkiyənin Mardin şəhərinin Derik qəsəbəsində yerləşən və suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyində yanğın baş verib.


Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın zamanı 3 uşaq həlak olub, 6 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Gecə saat 03:00 radələrində baş verən yanğının səbəbi məlum deyil.

Suriyalı qaçqınlar üçün salınan çadır şəhərciyində 10 minə yaxın insan yaşayır.

Baş verən yanğınla bağlı cinayət işi açılıb, istintaq gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu