Putin NATO-nu dağıdacaq, yerində nə quracaq...


Şimali Atlantika alyansı özünün ağır dövrünü yaşayır. Səbəb Rusiya prezidenti Vladimir Putinin alyansı dağıtmaq və yerində Avropanın yeni təhlükəsizlik sistemini qurmaq planıdır.


Virtualaz.org xəbər verir ki, bu haqda NATO baş qəargahının keçmiş rəis müavini Ceyms Fouli “Time” jurnalında dərc edilmiş məqaləsində yazır.

Müəllif xatırladır ki, Rusiya hərbi gücünü artırır, alyansın sərhədləri boyu qoşun qruplaşmaları cəmləşdirir. İndi Ankara, İstanbul, Brüssel, Paris küçələrində meydan sulayan İŞİD terrorçuları ilə yanaşı Rusiya da alyans üçün ciddi təhdidə çevrilib.

Ceyms Fouli qeyd edir ki, prezident Putin SSRİ-nin soyuq müharibə dövründə verdiyi itkilərin əvəzini çıxmaq niyyətini heç vaxt gizlətməyib Onun məqsədi Rusiyanın böyük derjava statusunu qaytarmaq və ABŞ-la bərabər tərəfdaşa çevirməkdir.

“Bu ambisiyaların bütün Avropa üçün dərinə gedən nəticələri var. Keçmiş sovet respublikaları onların suverenliyinə qəsd təhdidi və daimi təcavüz qorxusu altında yaşayır. Mərkəzi və Şərqi Avropanın keçmişdə sovet təsir zonasında yerləşən ölkələri təzyiq və qorxu perspektivləri ilə üzləşir. Hətta NATO-nun çoxdankı üzvü Türkiyə Rusiyanın Ermənistanda artan hərbi iştirakı və Suriyadakı əməliyyatları ilə üzləşməli olub”-məqalədə deyilir.

Fouli hesab edir ki, Putinin məqsədi SSRİ-nin nail ola bilmədiyini həyata keçirmək-NATO-nu dağıtmaq və ABŞ-ı Avropadan birdəfəlik qovmaqdır. Putin Avropada özəyini Rusiyanın təşkil edəcəyi yeni təhlükəsizlik sistemi qurmaq istəyir.

Müəllif yazır ki, bütün bunlar NATO-nun Rusiya ilə sərhədlərə doğru öz hərbi qüvvələrini artırmasının vacibliyini göstərir. Fouli Baltik ölkələrində, Şərqi və Mərkəzi Avropada Rusiyanı çəkindirmək üçün qüvvələr yerləşdirməyə çağırır. Onun fikrincə, Putin NATO-ya qarşı “parçala və hökm sür” taktikasını işə salıb. Sovet dövründə də bu taktika var idi, ancaq NATO buna davam gətirdi. “Ümid edirik ki, alyans indi də bu təzyiqə davam gətirəcək. Rusiyanın Gürcüstanın və Ukraynanın başına gətirdiklərini, Suriyadakı siyasətini nəzərə alaraq ABŞ və NATO Moskvanın təzyiqləri qarşısında qalan ölkələrə dəstəyi artırmalı, onları sakitləşdirməlidir Müttəfiqlərimizi dəstəkləmək sülhü və sabitliyi qorumağın ən yaxşı yoludur”-Ceyms Fouli yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu