Düşmən itkilərinin daha bir qismini etiraf etdi


Ermənilər itkilərinin daha bir qismini etiraf ediblər. “Həftə ərzində 36 hərbçi ölüb, 122 nəfəri isə yaralanıb”.

Bunu işğalçı erməni ordusunun nümayəndəsi Vitali Arustamyan bildirib.

“Aprelin 1-dən 7-dək 9 nəfəri zabit və gizir, 27-si isə çavuş, sıravi olmaqla 36 hərbçi ölüb. Bundan başqa, 24-ü zabit olmaqla 122 nəfər yaralanıb”, - deyə o bildirib. İşğalçı ordunun nümayəndəsi bildirib ki, ölənlərdən 4-nün meyiti bu gün döyüş meydanından tapılıb: “Onlar bu vaxtadək itkin düşmüş hesab edilib”.

Arustamyan əlavə edib ki, 21 erməni hərbçisi itkin düşmüş hesab edilir.

Qeyd edək ki, erməni tərəfi bundan əvvəl 20 hərbçisinin öldüyünü, 72 nəfərin isə yaralandığını elan etmişdi.


APA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu