Dəniz quldurları Türkiyə gəmisini qaçırdı


Bu gün Afrika sahillərində dəniz quldurları Türkiyənin “Kaptanoğlu Denizcilik” şirkətinə məxsus tankerə hücum edərək gəmi heyətini qaçırıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Malta bayrağı ilə Nigeriya sahillərində üzən 148 metr uzunluqdakı “M/T Puli” adlı tanker hücuma məruz qalıb. Dəniz quldurları gəmi kapitanı da daxil olmaqla, 6 heyət üzvünü qaçırıblar.

“Kaptanoğlu Denizcilik” şirkəti dəniz quldurlarının qaçırdığı dənizçilərin sağlıq durumlarının yaxşı olduğunu, tankerin də təhlükəsiz şəkildə üzdüyünü açıqlayıb. Şirkət Türkiyə Xarici İşlər, Nəqliyyat və İnformasiya nazirlikləri və digər aidiyyəti qurumlarla əlaqə saxlanıldığını, məsələ ilə bağlı baş verənlər haqqında ictimaiyyətin məlumatlandırılacağını da bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu