Merkel Moskvada Qələbə paradına qatılmayacaq


Almaniya kansleri Angela Merkel Rusiya paytaxtında qələbənin 70 illiyinə həsr olunacaq hərbi paradda iştirakdan imtina edib.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın “Die Zeit” qəzeti kanslerə yaxın mənbəyə istinadən yazıb.

Mənbə bildirib ki, A.Merkel bu qərarı bir neçə gün əvvəl qəbul edib. İmtina qərarı Ukraynadakı münaqişə və Rusiyanın bu münaqişədə iştirakı ilə əlaqədardır. “Merkel 9 mayda Moskvaya getsəydi, bu, Ukrayna hökumətinə həqarət olardı”, - deyə mənbə söyləyib.

Bununla yanaşı, A.Merkel qalmaqala yol verməmək üçün mayın 10-da Moskvaya gedəcək və Vladimir Putinlə birlikdə naməlum əsgərin məzarına əklil qoyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu