Hindistan nüvə başlıqlı raket sınaqdan keçirdi


Hindistan “Arihant” adlı strateji sualtı qayığında nüvə başlıqlı “K-4” ballistik raketini sınaqdan keçirib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ballistik raket və nüvə sualtı qayığının Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına məxsus olduğu bildirilir.

Sınaqlar martın 31-də Benqal körfəzində keçirilib. “K-4” raketi 20 metr dərinlikdən atılıb və 700 km məsafəlik həddə çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu