Suriyada seçkiləri gecə yarısınadək uzatdılar


Səs vermək arzusunda olanların çoxluğunu nəzərə alaraq, Suriya Seçkilər üzrə Ali Məhkəmə Komitəsi parlament seçkilərinin müddətini gecəı yarısınadək uzadıb. Virtualaz.org xəbər verir ki, bu barədə SANA informasiya agentliyi məlumat yayıb.


Xatırladaq ki, bu gün Suriyada parlament seçkiləri keçirilir. 7000-dən artıq seçki məntəqəsində ölkənin 14 əyalətindən 12-də vətəndaşlar 3500 namizədin arasından parlament üzvlərini seçirlər.

Qüvvədə olan qanuna görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanmalı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu