Qarabağdakı qondarma rejimin sponsoruna 4 il həbs verildi


Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana hökm oxunub.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dağlıq Qarabağdakı qondarma rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.

L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu