Robert Koçaryanın evinə silahlı hücum edilib


Ermənistanın ikinci prezidenti Robert Koçaryanın evinə hücum edilməsi xəbərini alan Yerevan polisi hadisə yerinə gəlib.

Bu məlumatı «Ermənistan xəbərləri» portalı yayıb.

Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib ki, alınan məlumata görə, malikanəyə qumbara atılıb.

Hazırda hadisə yerində operativ qrup işləyir, polis hadisənin digər təfərrüatları barədə məlumat verməyib.

Virtualaz



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu