Sərkisyan Ter-Petrosyanıla məsləhətləşmələrini davam etdirir


«Qəzetdə olan məlumata görə, Serj Sərkisyanla Levon Ter-Petrosyanın görüşləri mütəmadi xarakter alıb. Məlum olduğu kimi, dörd günlük müharibədən sonra Serj Sərkisyan aprelin 4-də Levon Ter-Petrosyanı ziyarət edib, təxminən 1 saat ərzində onlar Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət barədə söhbət ediblər».

Virtualaz.org xəbər verir ki, bunu Ermənistanın «Joxovurd» qəzeti yazıb.

Ermənistan nəşrinin məlumatına əsasən, həmin görüşdən sonra Sərkisyanla Ter-Opetrosyan daha tez-tez ünsiyyətdə olmağa başlayıblar.

«Şayiələrə görə, Serj Sərkisyan Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafını müzakirə etmək üçün tez-tez Ter-Petrosyana zəng edir», - qəzet belə yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu