Neft hasilatçısı olan ölkələr iyunda yenidən toplaşacaq


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-OPEK neft hasil edən ölkələr iyunda yenidən toplaşacaq.


AzərTAc xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu Doha görüşünü şərh edərkən bildirib.

Nazir deyib: “Doha görüşündə razılıq əldə edilmədi. Böyük ehtimalla OPEK və qeyri-OPEK neft hasilatçıları iyunda yenidən toplaşacaq. Neft istehsalçılarının razılığa gəlmələri üçün zamana ehtiyac var”.

Qeyd edək ki, aprelin 17-də Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin nümayəndələrinin gərgin müzakirələrlə keçən görüşü nəticəsiz başa çatıb. Razılaşma sənədi üzərində aparılan 6 saatlıq müzakirədən sonra yekdillik əldə olunmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu