Çilidə 5,6 bal gücündə zəlzələ olub


Bu gün Çilinin cənub hissəsində 5,6 bal gücündə zəlzələ baş verib.


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət İdarəsi məlumat verib.
Yeraltı təkanların episentri İlyapel şəhərinin 9 km cənubunda yerləşib. Zəlzələ ocağı 39,4 km dərinlikdə yerləşib.
Ölən və yaralananlar barədə heç bir məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu