Bu gün Yerevanda Rusiya əleyhinə növbəti aksiya keçiriləcək


Bu gün Ermənistanın paytaxtı Yerevanda Rusiya səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.


Virtualaz.org erməni KİV-lərinə istinadən xatırladır ki, aksiyanın keçirilməsinə səbəb kimi erməni iş adamı Levon Ayrapetyanın Moskvada həbs edilməsi göstərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin hökmü ilə L. Ayrapetyan 4 il müddətinə azadlıqdan məhrum edilib. O, “Başneft” işi ilə əlaqədar çirkli pulların yuyulmasında və 700 min dollar vəsaiti mənimsəməkdə ittiham olunub.

Virtualaz.org onu da xatırladır ki, Levon Ayrapetyan dünyada erməni diasporasının ən zəngin adamları siyahısındadır və “erməni soyqırımı”nın tanınması uğrunda mübarizə aparan dünya səviyyəli lobbiçilərdəndir. O həmçinin “Dağlıq Qarabağ Respublikası”nın yaradılmasında fəal iştirak edib və onun əsas sponsorlarından hesab edilir.

Sonda onu da qeyd edək ki, Yerevanda aprelin 13-də də Rusiya əleyhinə etiraz aksiyası keçirilmişdi. Ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz edərək səfirliyin binasını yumurta atəşinə tutmuşdular.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu