İran Rusiya istiqamətində ballistik raket buraxdı


İran bu gün növbəti dəfə ballistik raket buraxılışını həyata keçirib.


Bu barədə “Kommersant” nəşri hərbi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran hərbçiləri ballistik raketin sınaq buraxılışını həyata keçiriblər. Raketin hansı tipdə olduğu barədə hələlik məlumat verilmir.

Raketin buraxılması faktı Rusiyanın Armavir və Orsk şəhərləri yaxınlığında yerləşən radiolokasiya stansiyaları (RLS) tərəfindən qeydə alınıb.

Məlumata görə, Bakı vaxtı ilə 13.33-də qeydə alınan raket buraxılışı Səmnan poliqonundan həyata keçirilib. Raketin uğurla sınaqdan keçirildiyi qeyd olunur.

“Hazırda rusiyalı mütəxəssislər sınaqdan keçirilən raketin tipini və mümkün xüsusiyyətlərini müəyyənləşdirməyə çalışırlar”, - deyə nəşr qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu