Ermənilər Lavrovu etirazla qarşılayır- CANLI YAYIM


Ermənistanın paytaxtı İrəvanda Rusiya əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Etiraz yürüşü İrəvanın Azadlıq meydanından Ermənistan XİN və Rusiya səfirliyinin binası qarşısına kimi davam edəcək.

AzVision.az News.am-a istinadən xəbər verir ki, yürüş iştirakçıları Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü ərəfəsində öz tələblərini irəli sürmək niyyətindədirlər.

Etirazçılar qondarma “DQR”in tanınması və Rusiyanın Azərbaycana silah satışının dayandırması ilə bağlı şüarlar səsləndirirlər.

Qeyd edək ki, ermənilərin Rusiya XİN rəhbərini İrəvanda etirazla qarşılaması əvvəlcədən planlaşdırılmışdı.

Xatırladaq ki, Rusiyanın XİN rəhbəri Lavrov aprelin 21-22-də İrəvanda səfərdə olacaq. Onun Ermənistanda Qarabağ münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu