Dəməşqdə terror aktı törədildi


Suriyanın paytaxtı Dəməşq şəhərinin Seyyidə Zeynəb məhəlləsində bu səhər törədilmiş terror aktı nəticəsində ən azı 8 nəfər dinc sakin qətlə yetirilib.


Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin Suriya bürosundan bildiriblər.

“İlkin məlumatlara görə, ən azı səkkiz nəfər həlak olub, yaralananlar var. Dörd avtomobil büsbütün yanıb”, - agentliyin həmsöhbəti belə deyib.

Bu gün səhər əsasən şiələrin məskunlaşdığı Seyyidə Zeynəb məhəlləsində partlayıcı maddələrlə doldurulmuş avtomobil partladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu