Nigeriyalı quldurlar türk dənizçiləri azad etdilər


Nigeriya sahillərində “Kaptanoğlu” tankerindən oğurlanan altı türk dənizçisi azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Hurriyət” qəzetində yer alıb.

Məlumata görə, türk dənizçilər aprelin 11-də oğurlanıb. Silahlı şəxslər gəmiyə daxil olaraq, kapitanla birlikdə altı nəfəri motorlu qayıqda aparıblar.

Gəmidə qalan digər dənizçilər gəmini yaxındakı limana gətirə biliblər. “Kaptanoğlu” tankerinin məxsus olduğu gəmiçilik şirkətinin vəkili Fəhmi Ülgənərin sözlərinə görə, azad olunan dənizçilərin vəziyyəti yaxşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu