​Ermənistanın müdafiə naziri Moskvaya səfər edib


Ermənistanın müdafiə naziri Seyran Ohanyan Beynəlxalq Təhlükəsizlik üzrə 5-ci Konfransda iştirak etmək adı ilə bu gün Moskvaya səfər edib.


"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə erməni nazir arasında təkbətək görüşün keçirilməsi də planlaşdırılıb.
Qeyd edək ki, aprelin 27-28-də keçiriləcək bu konfransı Rusiyanın Müdafiə Nazirliyi təşkil edib. Terrorçuluğa qarşı mübarizə konfransın başlıca mövzusudur. Forumda Asiya-Sakit okean bölgəsində təhlükəsizlik, Avropada müharibə və sülh problemləri, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu