Türkiyə Krım Tatar Məclisinin qadağan olunmasına sərt reaksiya verdi


Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunmasına sərt reaksiya verib.


Bu barədə Nazirliyin saytı xəbər yayıb.

“Rusiya işğalı altında olan Krımdakı faktiki rəhbərlik tərəfindən bir müddət əvvəl başlanan prosesin yekununda dünən – aprelin 26-da Krım Tatar Milli Məclisinin fəaliyyətinin qadağan olunduğu açıqlanıb. Krım Tatar Milli Məclisi soydaşlarımız Krım tatar xalqının hürr iradəsinin ifadəsi olan, demokratik yolla seçilmiş legitim təmsil və qərar orqanıdır.

Məclisin fəaliyyətinin qadağan olunması yarımadanın Rusiya tərəfindən qeyri-qanuni şəkildə işğalı və ilhaqından sonra Krım tatarlarının birlik və bütövlüyünü hədəf alan addımların son həlqəsidir.

Bu qərarı həm Krım tatar toplumuna qarşı yeridilən sistematik və kollektiv təzyiqin, həm də yarımadada yaşayanların təməl hüquq və azadlıqlarına vurulmaqda olan zərbələrin yeni bir təzahürü olaraq təəssüflə qarşılayır və qınayırıq”, -deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, dünən Krım Ali Məhkəməsi Krım Tatar Milli Məclisini ekstremist təşkilat kimi tanıyıb və onun Rusiya ərazisində fəaliyyətini qadağan edib.(oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu