Ohanyan Müdafiə Nazirliyində gözlənilən yeni “qovulma dalğası” haqda


Ermənistan müdafiə Nazirliyində yeni “qovulma dalğası” gözlənilmir.


Virtualaz.org bildirir ki, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan “Svoboda” radiosuna verdiyi müsahibəsində deyib. Nazir bildirib ki, “Belə bir plan yoxdur”.

Xatırladaq ki, aprelin 26-da prezident Serj Sarkisyanın fərmanı ilə müdafiə nazirinin maddi-texniki təchizat məsələləri üzrə müavini Alik Mirzəbekyan, Baş Qərargahın Kəşfyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyan, Rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan işdən azad ediliblər.

Onu da qeyd edək ki, Ermənistan parlamentinin Müdafiə, daxili işlər və milli təhlükəsizlik üzrə daimi komissiyasının sədri Koryun Naapetyan bildirmişdi ki, Müdafiə Nazirliyində kadr dəyişiklikləri bundan sonra da davam edə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu