​Norveçdə helikopter qəzaya uğrayıb


Norveçin qərb sahillərində göyərtəsində 15 sərnişin olan helikopter qəzaya uğrayıb.


"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin ikinci böyük şəhəri Bergen yaxınlığında baş verib.
Hadisə şahidləri bir neçə nəfəri suda, helikopteri isə kiçik adada gördüklərini deyiblər.
Xəsarət alan və ölənlər haqda məlumat yayılmayıb.
Qəzaya uğrayan helikopter neft şirkətinə məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu