​Ermənistan ordusunda plaş-çadır çatışmır


Ermənistan ordusunda yağışdan qorunmaq üçün istifadə edilən çadır-plaş çatışmır.


"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün "facebook" səhifəsində etiraf edib.
"Aktiv fəaliyyət zamanı plaş-çadır islanır. Növbəti növbətçiliyədək isə onlar qurumur. Biz artıq bir neçə gündür bu vəsaitin sayının artırılması və ordunun təchizatındakı başqa bu kimi çatışmazlıqların aradan qaldırılması işi ilə məşğuluq", - mətbuat katibi yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu