ATƏT sədri Nalbandyana: "Gücdən istifadə yolverilməzdir"


“Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”.

Bunu ATƏT-in Parlament Assambleyasının sədri İlka Kanerva Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşündə deyib.

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin etimad mühitinin yaradılması istiqamətində gördüyü işləri də dəstkləyirik “- deyə o, əlavə edib.

Qeyd edək ki, ATƏT-in Parlament Assambleyasının sədri İlka Kanerva bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Azvision



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu