​İsrailə NATO-da nümayəndəlik açmağa icazə verilib


İsrailə NATO-nun Brüsseldəki mənzil-qərargahında nümayəndəlik açmasına icazə verilib.


"Report" xəbər verir ki, bu haqda İsrail KİV-i məlumat yayıb.
Yəhudi dövlətinin baş naziri Binyamin Netaniyahu NATO rəhbərliyinin bu addımını alqışlayaraq, bunun İsrailin təhlükəsizliyinə töhfə olduğunu bildirib.
Ölkənin Avropa İttifaqındakı səfiri David Veltser vurğulayıb ki, Türkiyə İsrailin NATO-nun təlim və əməliyyatlarında iştirakına tətbiq etdiyi vetonu götürüb.
Məlumata əsasən, İordaniya və Bəhreynin də NATO-nun mənzil-qərargahında nümayəndəliyi var.
İnformasiyada o da bildirilib ki, yəhudi hökuməti NATO-dan hələ rəsmi təsdiq almayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu