Nazarbayev Qazaxıstanı Ukraynaya çevirmək istəyənlərə xəbərdarlıq etdi


Qazaxıstan prezidenti Nursultan Nazarbayev respublikada “Ukrayna ssenarisini” təkrarlamaq istəyən şəxslərə qarşı ən sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edib.


"Rosbalt" xəbər verir ki, Qazaxıstan prezidenti öz iqamətgahında keçirdiyi geniştərkibli iclas zamanı deyib: “Qazaxıstanlılar Ukrayna hadisələrinin ölkədə təkrarlanmasını istəmirlər. Qoy hamı eşitsin və bilsin ki, bu hadisələri burada həyata keçirmək istəyənlərə qarşı ən sərt tədbirlərə əl atacağıq və sonra deməyin ki, mən xəbərdarlıq etməmişdim”.

Daha öncə “Novosti-Kazaxstan”ın yaydığı məlumata görə, Nazarbayev dünya böhranının ölkənin inkiaşfına təsir etdiyini deyib, eləcə də vətandaşları sayıq olmağa, sabitliyi və bir-birinə qarşı hörməti sarsıtmağa imkan verməməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu