İki gəminin toqquşmasından sonra 17 nəfər itkin düşüb


Şərqi Çin dənizində iki gəminin toqquşmasından sonra azı 17 nəfərin itkin düşdüyü bildirilir.


Virtualaz.org bildirir ki, bunu “Reuters” agentliyi verib.

Hadisə şənbə günü səhər baş verib. İlkin məlumatlara görə, balıqçı gəmisi əcnəbi yük gəmisi ilə toqquşub və batıb.

Hadisə yerinə gələn xilasedicilər iki nəfəri ölümdən qurtara biliblər. İtkin düşənlər Çinin “Lu Rong Yu” gəmisinin heyət üzvləridir.

İkinci gəminin hansı dövlətə aid olması hələ ki bilinmir. Xilasetmə işləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu