Tramp geri çəkildi:


Prezident seçiləcəyi təqdirdə müsəlmanları ABŞ-a buraxmayacağını deyən Respublikaçılar Partiyasının namizədi Donald Tramp bəyan edib ki, o, Londonun yeni meri, pakistanlı siyasətçi Sadiq Xanı Amerikaya buraxmağa razıdır.

Bu barədə azvision.az "The Guardian"-a istinadən xəbər verir.

Milyarder bildirib ki, o, Xanın mer seçilməsinə görə şaddır və əmindir ki, yeni mer öz işinin öhdəsindən gələcək.

“Həmişə istisnalar olacaq”, - deyə Tramp əlavə edib.

Qeyd edək ki, mayın 6-da Böyük Britaniyanın paytaxtı Londonda keçirilən mer seçkilərində Leyboristlər partiyasının nümayəndəsi Sadiq Xan qalib gəlib.

Londonun yeni seçilmiş meri, Pakistan əsilli Sadiq Xan bildirib ki, onun dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək.

“Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu