​ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb


ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəsi "Andersen" həbri bazasından havaya qalxdıqdan sonra Sakit okeanda yerləşən Quam adasında qəzaya uğrayıb.


"Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Xəbərə görə, göyərtəsində 7 ekipaj üzvü olan "B-52" təyyarəsi yerə düşən kimi yanıb. Heyət üzvlərindən heç kim xəsarət almayıb.
İnformasiyada bildirilib ki, bu bombardmançı 60 ildən artıqdır ABŞ Hərbi Hava Qüvvələrinin balansındadır. "B-52" təyyarələri bir çox müharibədə, o cümlədən Əfqanıstan, Vyetnam savaşlarında istifadə olunub.
2008-ci ildə də Quamda belə bir bombardmançı təyyarə qəzaya uğramışdı. Həmin qəzada təyyarə heyətinin 6 üzvü həlak olmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu