Atatürk hava limanında ajiotaj


Bu gün səhər İstanbulun Atatürk hava limanının kompüter sistemində problem yaranıb. Nəticədə giriş-çıxışlar dayandırılıb, sərnişinlər pasport nəzarət məntəqələri önündə uzun müddət gözləməli olublar.


Lent.az bildirir ki, səhər saatlarında hava limanının POLNET Məlumat Sistemində texniki problem əmələ gəlib. Saat 05 radələrində baş verən hadisə nəticəsində bir çox sərnişin təyyarəyə yetişə bilməyib. Hava limanına enən təyyarələrin sərnişinləri isə pasport yoxlanışından keçə bilməyiblər. Növbələr terminalların giriş qapılarına qədər uzanıb.

Hələlik problemlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu